"Mançester Siti" mövsümün sonunda müqaviləsi başa çatan Bernardo Silva ilə bağlı qərarını verib. Sport24.az xəbər verir ki, Premyer Liqa nəhəngi portuqaliyalı hücumameyilli yarımmüdafiəçi ilə yollarını ayıracaq.

 

Bu barədə "Marca" nəşri məlumat yayıb.

 

Klub Silvaya yeni sözləşmə təklif etməyəcək. 31 yaşlı futbolçu yayda azad agent statusu ilə kollektivi tərk edəcək.

 

Qeyd edək ki, "Mançester Siti" Bernardo Silvanı 2017-ci ilin yayında "Monako"dan transfer edib. Portuqaliya millisinin üzvü bu müddət ərzində "şəhərlilər"in heyətində meydana çıxdığı 445 rəsmi matçda 75 qol və 77 məhsuldar ötürmə ilə yadda qalıb.