Türkiyə Super Liqasında XXV turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, bu gün İstanbul derbisi baş tutub.

"Beşiktaş" "Qalatasaray"ı qəbul edib. Görüş "ağ-qaralar"ın üstünlüyü şəraitində keçib. Buna baxmayaraq hesabı qonaqlar açıb. Viktor Osimhen komandasını irəli çıxarıb.

 

 

 

İkinci yarıda "Beşiktaş" təzyiqi daha da artırıb. Epizodlardan birində "sarı-qırmızılılar"ın futbolçusu Leroy Sane birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. 10 nəfərlə qalan "Qalatasaray" qələbə hesabını qoruyub saxlaya bilib - 1:0.

Qeyd edək ki, "Cimbom" 61 xalla turnir cədvəlinə başçılıq edir.