Bu gün keçiriləcək bir oyunla Premyer Liqada XXXII tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, son matç Zirədə keçiriləcək.

 

Qəsəbənin eyniadlı təmsilçisi "Araz-Naxçıvanı" qonaq edir. Mövsümün sonuna 5 tur qalmış komandaların durumu fərqlidir. "Qartallar" həm mükafatçılar sürasına düşməyi, həm də avrokublakra vəsiqə qazanmağı düşünürsə, naxçıvan təmsilçisinin heç bir turnir hədəfi qalmayıb. Yeganı istisna Elmar Baxşıyevin "qırmızı-ağlar"ın "sükanı arxasında" ilk qələbəsini qazanmaq istəyidi. Bundan başqa naxçıvanlılar bu matçda qalib gələcəyi halda yenidən 8-ci pilləyə yüksələ bilər. "Zirə" isə 3 xal əldə edəcəyi təqdirdə, 2-ci olacaq.

 

Qeyd edək ki, turun digər matçlarında "Kəpəz" "Qəbələni (1:0), "Neftçi" "Turan Tovuz"u (3:0), "Sabah" "Səbail"i (2:0), "Sumqayıt" isə "Qarabağ"ı (1:0) məğlub edib.

 

Misli Premyer Liqası

IV dövrə, XXXII tur

19:00. "Zirə" - "Araz-Naxçıvan" 0:1 

Qol: Ribeyro, 89

Hakimlər: Cavid Cəlilov, Eyyub İbrahimov, Asiman Əzizli, Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Azər Əsgərov
Zirə. İdman Kompleksinin stadionu

"Zirə": 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 24. Sezar Meza Kolli, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli, 19. Salifu Suma

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 66. Pərviz Azadov, 5. Stefan Aka, 9. Vladislav Kulaç, 28. Abbas İbrahim, 6. Eldar Quliyev

Baş məşqçi: Rəşad Sadıqov

"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev (k), 39. Tural Bayramlı, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 3. Turan Manafov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 29. Vanderson Melo

Baş məşqçi: Elmar Baxşıyev