Xəbər Lenti

    Formula-2 yarışının qalibi müəyyənləşdi

    FormulaTarix: 2017-06-25 17:04:00
    ...

    Bu gün Bakıda Formula-2 üzrə ikinci yarışa (8-ci mərhələ) yekun vurulub. Sport24.az xəbər verir ki, "Pertamina Arden" komandasının fransalı pilotu Norman Nato 40 dəqiqə 37,601 saniyə nəticə ilə yarışın qalibi olub.

    Birinci yarışda ilk pillədə qərarlaşan “PREMA Racing” komandasının monakolu pilotu Şarl Lekler ikinci (40 dəqiqə, 46,318 saniyə), “DAMS”ın pilotu Nikolas Latifi isə üçüncü (40 dəqiqə, 49,175 saniyə) yeri tutublar.

    Qaliblərə kubokları Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Adil Kərimli təqdim ediblər.

    Dünən keçirilən birinci yarışı “PREMA Racing” komandasının pilotu Şarl Lekler birinci, "Rapax" komandasının pilotu Nik de Vris ikinci, “DAMS”ın kanadalı sürücüsü Nikolas Latifi isə üçüncü pillədə başa vurublar.

    Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən Formula-2 yarışında 10 komanda birincilik uğrunda mübarizə aparıb. Hər komandanı iki pilot təmsil edib. Dünənki birinci yarışdan fərqli olaraq, budəfəki yarış qrid düzülüşü üzrə təşkil olunub. Yürüş 12 dövrə və ya 45 dəqiqə davam edib. (azertac.az)

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0