Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII tur yekunlaşır. Sport24.az xəbər verir ki, hesabat həftəsinin son oyun günündə daha iki görüş keçiriləcək. "Abşeron" "Gənclər"lə, "Azərreyl" "Turan"la üz-üzə gələcək.

 

Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq qarşılaşmalar müvafiq olaraq saat 16:00 və 18:00-da start götürəcək.

 

Qeyd edək ki, ötən gün "DH Volley" UNEC-i (3:0), "Milli Aviasiya Akademiyası" "Gəncə"ni (3:2) məğlub edib.