Birinci Liqada 18-ci tur həyacanı davam edir. Sport24.az xəbər verir ki, 2-ci oyun günündə 3 matç keçiriləcək.
"Şahdağ Qusar" MOİK-i qonaq edir. "Baku Sportinq" "Difai"nin qonağıdır.
Turun mərkəzi qarşılaşması isə Mingəçevirdə keçiriləcək. "Nur şəhəri"nin təmsilçisi "Səbail"lə üz-üzə gələcək.
Qeyd edək ki, dünən baş tutan qarşılaşmada lidr "Şəfa" səfərdə "Şimal"ı 2 cavabsız qolla məğlub edib. "Cəbrayıl" -"Zaqatala" matçı isə sabah baş tutacaq.
12 mart (cümə axşamı)
15:00. "Şahdağ Qusar" – MOİK
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev
Şamaxı OİK stadionu
15:00. "Difai" – "Baku Sportinq"
Hakimlər: Nicat İsmayıllı, Orxan İbişov, Sənan Atayev, Niyaz Əhmədov
Ağsu şəhər stadionu
15:00. "Mingəçevir" – "Səbail"
Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Ruslan Babayev, Şamil İmanzadə
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)