Dünən "Çelsi" üzərində 5-2 hesablı qələbə qazanan oyunda iki qol vuran PSJ-nin gürcü vingeri Xviça Kvaratsxeliya özünəməxsus bir nailiyyətə imza atıb. Sport24.az xəbər verir ki, o, Çempionlar Liqasındakı son 11 oyununda 11 məhuldar hərəkətlə yadda qalıb.

 

"Opta"nın məlumatına görə, PSJ-də heç kim belə bir nailiyyətə imza atmayıb.

 

Qeyd edək ki, 25 yaşlı Xviça 2025-ci ilin qışında PSJ-yə qoşulub. Bundan əvvəl o, "Napoli"nin formasını geynib və 2022/23 mövsümü üçün A Seriyasının ən dəyərli oyunçusu olub.