"Zirə" ilə oyun çox maraqlı keçdi. Rəqibin gücü də hamıya bəllidir. Necə kollektiv olduqlarını bilirdik və onları yaxşı analiz etmişdik. Meydanda əlimizdən gələni etdik. 1:0 məğlub vəziyyətdə olsaq da, 2:1 önə keçməyi bacardıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in futbolçusu Rəhman Hacıyev deyib.

Təcrübəli futbolçu komandasının Misli Premyer Liqasının 23-cü turunda "Zirə" ilə heç-heçə etdikləri oyun haqda fikirlərini bölüşüb:

"Komanda olaraq çox yaxşı oynadıq. Sadəcə son saniyələrdə buraxdığımız qol təbii ki, bizi üzdü. Amma futbol belədir. Bu cür anlarda daha diqqətli və əzmkar olmalıyıq. Qarşıda bizi daha çətin oyunlar gözləyir. Daha yaxşı hazırlaşıb bizə lazım olan xalları qazanmağa çalışacağıq. Aşağı liqaya düşməyi fikirləşmirik. Komanda olaraq liqada qalmaq üçün yox, turnir cədvəlində daha üst piilləyə yüksəlmək üçün mübarizə aparırıq".

Qeyd edək ki, "Zirə" "Kəpəz" matçı 2:2 hesabı ilə başa çatıb.