Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI turun son oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, hesabat həftəsinə 2 qarşılaşma ilə yekun vurulacaq. 

 

"Turan" Tovuz Olimpiya İdman Kompleksində "Abşeron"u qəbul edəcək.  "Murov Az Terminal" isə "Azərreyl"lə üz-üzə gələcək. Bu görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək.

 

Qeyd edək ki, hər iki qarşılaşma saat 17:00-da start götürəcək.