Azərbaycan millisinin voleybolçusu Polina Rəhimovanın çıxış etdiyi "Panionios" Yunanıstan Kubokunun qalibi olub. Sport24.az xəbər verir ki, final görüşündə "Thiras" üzərində 3:1 hesablı qələbə qazanan Afina təmsilçisi kuboku başı üzərinə qaldırıb.

 

Qarşılaşmada Polina Rəhimovanın komandası üstün oyun nümayiş etdirərək mövsümü titulla başa vurub.