Beynəlxalq dərəcəli azərbaycanlı hakim Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası AZƏRTAC-a bildirib.

 

O, kişi voleybolçuların CEV Kubokunda Türkiyənin "Qalatasaray" və Belçikanın "Qrinyard Maaseyk" komandaları arasında keçiriləcək dörddəbir final matçının ikinci hakimi olacaq. Görüşü çexiyalı Zdenek Qrabovski idarə edəcək.

 

Martın 5-də gerçəkləşəcək qarşılaşma İstanbulda baş tutacaq.