Stolüstü tennis üzrə ölkə çempionatı davam edir. Sport24.az xəbər verir ki, Şüa İdman Kompleksində təşkil olunan yarışa paytaxt Bakı ilə yanaşı digər şəhər və rayonların təmsilçiləri qatılıblar.

 

Komanda, şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçirilən çempionatda idmançılar ilk olaraq komanda yarışlarında bacarıqlarını göstəriblər.

 

Kişilərin mübarizəsi Bakı-1 komandasının qələbəsi ilə başa catıb. Bakı-2 ikinci, Bakı-3 və Şabran kollektivi üçüncü yeri tutub. 

 

Qadınların yarışında Sumqayıt-1 qalib gəlib. Bakı-1 komandası ikinci yeri tutub. Bakı-2 və Sumqayıt-2 üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, ölkə çempionatına martın 6-da yekun vurulacaq. Fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunacaq.