İtaliyanın "Kalyari" klubu icarə əsasında komandada çıxış edən Semih Kılıçsoyla bağlı qərarını verib. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisi hücumçunun transfer hüquqlarını "Beşiktaş"dan alacaq.

 

Bu barədə "Tuttomercato" nəşri məlumat yayıb.

 

Semih mövsümün əvvəlindən "Kalyari"də çıxış edir. O, bu mövsüm 18 oyunda 4 qol vurub.