"Milan"ın baş məşqçisi Massimiliano Alleqri "Real"ın baş məşqçi postu üçün əsas namizədlərindən biridir. Sport24.az xəbər verir ki, bu barədə "Corriere Dello Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Massimiliano Alleqri "Milan"da işləməkdən məmnundur.
Bununla belə, Madrid təmsilçisinin yaxın vaxtlarda təcrübəli mütəxəssislə görüş keçirəcəyi bildirilir.
Qeyd edək ki, "Real" ilə italiyalı mütəxəssis arasında bu, üçüncü görüş olacaq. Əvvəlki iki görüş razılaşma ilə nəticələnməsə də, ikinci danışıqlar kifayət qədər irəliləmişdi.