"İnter" yay "transfer pəncərəsi" üçün əsas transfer hədəfini müəyyən edib. Sport24.az xəbər verir ki, "nerazzura" "Udineze"nin müdafiəçisi Omar Soleni prioritet hədəf kimi nəzərdən keçirir.
Mövsümün sonunda təcrübəli Stefan de Vreyin komandadan ayrılma ehtimalı olduğu üçün "İnter" Soleyə görə "Udineze" ilə danışıqlara start verib.
Omar "Laval", "Lion", "Zaltsburq" klublarında oynadıqdan sonra 2025-ci ildə "Udineze"yə keçib.
Onun Udine təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.