Bu gün Bizin Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəində bir qarşılaşma baş tutacaq. Sport24.az xəbər verir ki, "Qarabağ" "Şamaxı"nı qonaq edəcək.

 

Bu komandalar arasında Şamaxıda baş tutan ilk görüş "şirlər"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Heç şübhəsiz ki, "Tofiq Bəhrəmov"da keçiriləcək qarşılaşmanın favoriti meydan sahibləridir. Ancaq Ayxan Abbasovun çalışdırdığı komandadan sürpriz gözləmək olar.

 

Qeyd edək ki, bu mərhələnin digər iki qarşılaşması sabah oynanılacaq. "Kəpəz" "Turan Tovuz", "Qəbələ" isə "Sabah"la üz-üzə gələcək.

 

Bizon Azərbaycan Kuboku

1/4 final mərhələsi, cavab oyunu

19:00. "Qarabağ" - "Şamaxı"

Bakı. Tofiq Bəhrəmov adına Respublika stadionu.

ilk oyun:1:2