"Neftçi" ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, "ağ-qaralar"ın əsas heyət üzvü Mustafa Sek cəzalı duruma düşüb.
Buna 30 yaşlı cinah müdafiəçisinin Misli Premyer Liqasının 22-ci turunda "Şamaxı" ilə oyunda sarı vərəqə görməsi səbəb olub.
Cari mövsüm dördüncü dəfə bununla üzləşən oyunçu 23-cü turda "Turan Tovuz"la matçda meydana çıxa bilməyəcək.
"Neftçi"nin "Şamaxı" ilə səfər qarşılaşması 2:2 heabı ilə başa çatıb. Mustafa Sek görüşün sonunda, 90+4-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Futbol ictimaiyyətinin müzakirə etdiyi mübahisəli epizodda baş hakim Kamranbəy Rəhimov paytaxt təmsilçisinin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib, futbolçuya isə sarı vərəqə göstərib.
Qeyd edək ki, "Neftçi" - "Turan Tovuz" oyunu martın 9-da keçiriləcək. Mustafa Sek cari mövsüm Premyer Liqada 21 matçda meydanda olub.