Hollivud ulduzu Sidni Suini Portuqaliya çempionatının oyununu izləyib. Sport24.az "The Sun" qəzetinə istinadən xəbər verir ki, tanınmış aktrisa fevralın son günündə "Sportinq"- "Eştoril" matçını tribunadan canlı izləyib. 

 

O, oyundan sonra meydana çıxıb maskotla futbol oynayıb və futbol bacarıqlarını nümayiş etdirib.

 

Amerikalı aktrisa jurnalistlərlə söhbətdə ən sevdiyi futbolçunun adını da çəkib:

 

"Kriştiano Ronaldo mənim ən sevdiyim futbolçudur. Rəqabəti sevən insanam. Mən futbolçu olsaydım, o, mənim üçün ilham mənbəyi olardı".