"Qalatasaray"ın hücumçusu Viktor Osimhen karyerasını Almaniyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Bavariya" Nigeriya millisinin də formasını geyinən forvardın transferinə 150 milyon avro xərcləməyə hazırdır.
Qeyd edək ki, Osimhen cari mövsümdə "Qalatasaray"ın heyətində 25 oyunda 17 qol və 6 məhsuldar ötürmə edib.