İspaniya təmsilçisi "Alaves" qarşılıqlı razılıq əsasında baş məşqçi Eduardo Kudet ilə yolları ayırıb. Sport24.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.

 

Artıq onun boş qalan kreslosuna təyinat da reallaşıb. Klubun mətbuat xidməti Kike Sançes Floresin bu vəzifəni icra edəcəyini paylaşıb..

 

"Valensiya", Madrid "Atletiko"su və "Xetafe"dəki işləri ilə tanınan 61 yaşlı məşqçinin müqaviləsi 2028-ci ilin yayına qədərdir. Floresin son iş yeri 2024-cü ilin iyununda ayrıldığı "Sevilya"da olub.

 

Qeyd edək ki, "Alaves" hazırda 27 xalla La Liqada 16-cı yerdədir. Komanda Eduardo Kudetin rəhbərliyi altında son beş oyunda iki xal qazanıb.