Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI tur start götürəcək. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
"Ordu" "Neftçi" ilə üz-üzə gələcək. Bu görüşün start fiti saat 16:00-da səslənəcək. "Xilasedici" - "Gənclər" oyunu isə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, hər iki görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunacaq.