"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanını tərk etməsi ilə bağlı xəbərlər yalandır. Sport24.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano "X" sosial media səhifəsində paylaşım edib:
"Beynəlxalq mediada Kriştiano Ronaldonun ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanını tərk etməsi ilə bağlı yayılan xəbərlər yalandır. Bu, saxtadır, çünki Kriştiano son oyununda zədə aldıqdan sonra hazırda "Əl-Nəsr"in təlim bazasında müalicə alır. Kriştiano Madridə qayıtmaq üçün Səudiyyə Ərəbistanını tərk etməyib".
Qeyd edək ki, dünən dünya mətbutında 41 yaşlı portuqaliyalı futbolçunun Yaxın Şərqdəki silahlı münaqişə səbəbindən ailəsi ilə birlikdə təcili olaraq Səudiyyə Ərəbistanını şəxsi təyyarə ilə tərk etdiyi barədə xəbərlər yayılıb.