Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə avarçəkmə həvəskarları arasında yürüş təşkil edib. Sport24.az xəbər verir ki, tədbirdə tanınmış sosial şəbəkə fenomenləri və teleaparıcılar iştirak ediblər.

 

Əvvəlcə iştirakçılara həvəskarlar üçün nəzərdə tutulmuş qayıqların idarə edilməsi üzrə təlim keçirilib. Daha sonra onlar avarçəkmə idmanında bacarıqlarını sınayıblar. Yürüş maraqlı və əyləncəli anlarla yadda qalıb.

 

Qeyd olunub ki, tədbirin əsas məqsədi yeniyetmə və gəncləri avarçəkmə idman növünə cəlb etmək və kütləviliyi təmin etməkdir.