"Çelsi"nin baş məşqçisi Liam Rosenior argentinalı hücumçu Alexandro Qarnaçonun klubda uzunmüddətli uğur qazanacağına inamını ifadə edib. Sport24.az xəbər verir ki, bu barədə "Yahoo Sports" məlumat yayıb.

Rosenior bildirib ki, 21 yaşlı futbolçunun şəxsi həyatında yaxın zamanda çox çətin bir dönəmi geridə qoyub və artıq meydana çıxmağa hazırdır: 

"Qarnaço əla oyunçudur, məşqlərdə yaxşı çalışır və qarşıdakı oyunlarda şansını əldə edəcək", – deyə baş məşqçi vurğulayıb.

Qeyd edək ki, argentinalı futbolçu Roseniorun yanvar ayında təyinatından bəri Premyer Liqada 7 oyundan cəmi 2-sində start heyətində yer alıb, 3 oyunda isə ehtiyat oyunçular skamyasında oturub. Lakin çərşənbə günü "Aston Villa" ilə oyunda Pedro Netonun cəzalı olması gənc futbolçuya meydana çıxmaq imkanı yaradır.