"Real"ın səyləri sayəsində əbədi rəqibi "Barselona" Çempionlar Liqasından uzaqlaşdırıla bilər. Sport24.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.

 

Səbəb məlumdur: ispan hakimlərinin manipulyasiyası ilə bağlı qalmaqal ("Neqreyra işi"). Bu qərar İspaniya məhkəməsinin "Neqreyra işi" ilə bağlı yekun qərarını gözləmədən verilə bilər. UEFA sanksiyalar tətbiq etməsə, "Real" məsələ ilə bağlı daha üst instansiyaya - FİFA-ya müraciət etmək niyyətindədir.

 

Qeyd edək ki, Madrid klubunun hüquqşünaslarının Kataloniya klubu tərəfindən Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Mario Enrikes Neqreyraya uzunmüddətli ödənişlərlə bağlı faktları əks etdirən materiallar paketi hazırladığı bildirilir. Qeyd etmək lazımdır ki, bütün bunlar "Barselona" prezidenti Joan Laporta vəzifəyə başlamazdan əvvəl baş verib.