İlk oyunda "Şamaxı" qalib gəlsə də, favorit "Qarabağ"dır. Kubokda nəticələr fərqli ola bilər". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" "Şamaxı" matçından gözləntilərini bölüşüb:

"Şamaxı" hər bir rəqibə qarşı sürpriz edə bilən komandadır. Bu matçda sensassiya yaşana bilər. Ayxan Abbasov işlədiyi komandalarda nəticə verib. Bu mövsüm də "Qarabağ"la çempionatda heç-heçə edib, evində qalib gəlib. Bir sözlə, "Qarabağ"ı yaxşı tanıyır. Həm də "Qarabağ" ardıcıl ağır oyunlardan çıxıb. Məncə, Qurbanov görüşdə rotasiyalar edəcək. Bu da, hardasa "Şamaxı" üçün əlavə fürsət ola bilər. "Şamaxı" müdafiədə kompakt oynasa və əks-hücumlarda yaxalayacağı şansları maksimum dəyərləndirə bilsə, məncə, kubokda sürprizə imza ata bilər". 

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 19:00-da başlayacaq. Bu komandalar arasında ilk oyunda "Şamaxı" 2:1 hesablı qələbə qazanıb.