Dortmund "Borussiya"sının futbolçusu Niko Şlotterbek karyerasını İspaniyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Real" klubu müdafiəçinin xidmətində maraqlıdır.

 

Bu barədə "Bild" nəşri məlumat yayıb. Madrid təmsilçisi 26 yaşlı futbolçu üçün yayda danışıqlara başlayacaq.

 

Alman müdafiəçinin "Borussiya" ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.

 

Şlotterbek bu mövsüm 27 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.