Bu il keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-pirisinə hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisə başlanıb. Sport24.az xəbər verir ki, bu barədə Bakı şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

 

Bildirilib ki, paddok hər zamanki kimi Neftçilər prospektində, Hökumət evinin qarşısında quraşdırılır.

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BCC) piyadaların və sürücülərin diqqətli olmalarını xahiş edir və şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkürünü bildirir.

 

Qeyd edək ki, "Formula-1" Azərbaycan Qran-Prisi 2026 24-26 sentyabr tarixlərində baş tutacaq. Dünyanın ən böyük avtoidman yarışı on minlərlə qonağın iştirakı ilə Bakıya yenidən möhtəşəm yarış həyəcanı qatacaq.