"Mançester Siti"nin müdafiəçisi Natan Ake karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Milan" niderlandlı futbolçunu transfer etmək istəyir.

 

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

 

A Seriyası nəhəngi ötən il heyətinə qata bilmədiyi Ake üçün yenidən cəhd edəcək. 31 yaşlı mərkəz müdafiəçisinin İngiltərə klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır. Bu da keçidin reallaşmaq ehtimalını artırır.

 

Qeyd edək ki, "Mançester Siti" Natan Akeni 2020-ci ilin yayında "Bornmut"dan transfer edib. Niderland millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 25 rəsmi matçda qol və ya assistlə yadda qalıb