"Vest Hem"in hücumçusu Kollum Uilson mövsüm sonuna qədər nəzərdə tutulan müqaviləni bir illik uzadıb. Sport24.az xəbər verir ki, bu barədə "Telegraph" məumat yayıb.

Mənbənin sözlərinə görə, ingiltərəli futbolçunun klubdan ayrılacağı gündəmdə olsa da, "Tottenhem"ə qarşı vurduğu qələbə qolundan sonra yenidən əsas heyət planlarına daxil olub və London təmsilçisi 34 yaşlı futbolçu ilə bir illik yeni müqavilə bağlayıb.

Qeyd edək ki, Uilson bu mövsüm bütün turnirlərdə "çəkicdöyənlər"in heyətində 26 rsəmi matçda 5 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.