"Marsel"in sabiq baş məşqçisi Roberto De Zerbi Premyer Liqaya qayıda bilər. Sport24.az "The Telegraph" qəzetinə istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis növbəti mövsüm üçün "Mançester Yunayted" və "Tottenhem"i çalışdırmağa üçün namizədlər siyahısındadır.
Mənbənin sözlərinə görə, London klubu De Zerbi ilə daha çox maraqlanır. "Tottenhem"in yeni məşqçisi İqor Tudor "sükan arxasına" keçəndən komanda hər üç oyununda məğlub olub və yaxın gələcəkdə istefaya göndərilə bilər.
Qeyd edək ki, De Zerbi ötən ay "Marsel"in baş məşqçisi vəzifəsindən ayrılıb.