"Barselona" "Roma"nın müdafiəçisi Obite Ndikanı istəyir. Sport24.az xəbər verir ki, Kataloniya təmsilçisi mövsümün sonunda keçidi reallaşdıra bilər.
26 yaşlı mərkəz müdafiəçisinin "Roma" ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
Fil dişi Sahili millisinin üzvü özü də "Barsa"da oynamağa müsbət yanaşır.
"Oser"in yetirməsi olan futbolçu 2023-cü ildə "Ayntraxt"dan (Frankfurt) "Roma"ya keçib.