"Barselona"nın prezidentliyə namizədi Joan Laporta, Kataloniya təmsilçisinin keçmiş baş məşqçisi Xavinin ona qarşı tənqidlərinə cavab verib. Sport24.az xəbər verir ki, bu barədə o, "El Chiringuito"ya açıqlama verib:
"Xavinin sahib olduğu və nəzarətini itirdiyi oyunçularla Flik qalib gəlir".
Daha əvvəl Xavi çalışdığı dönəmdə heyəti gücləndirmək istəmədiyinə görə "Barselona" rəhbərliyini tənqid etdiyi bildirilirdi.
Qeyd edək ki, Xavi 2021-ci ildən 2024-cü ilə qədər Kataloniya klubuna rəhbərlik edib. Bu müddət ərzində o, komandanı İspaniya liqasına və Super Kubokunu qazandırıb.