Mövsümün sonunda "Araz-Naxçıvan" klubundan ayrılacaq futbolçulardan biri müəyyənləşib. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

Naxçıvan təmsilçisi Ülvi İsgəndərovla yolla davam etmək niyyətində deyil.

Elmar Baxşıyevin baş məşqçi olduğu dönəmdə heyətə cəlb edilən forvard artıq ümidləri doğrultmur.

Hazırkı baş məşqçi Andrey Demçenko İsgəndərovdan razı olmadığını rəhbərliyə bildirib.

Qeyd edək ki, oyunçunun müqaviləsi yayda başa çatır. O, cari mövsüm Premyer Liqada cəmi 4 matçda (80 dəqiqə) meydanda olub.