Bu gün Sport24.az saytı üçün əlamətdar gündür. 2017-ci ilin martın 9-da işıq üzü görən saytın bu gün 9 yaşı tamam olur.
Sport24.az qısa müddətdə idman mətbuatı arasında özünəməxsus yerini tutmağı bacarıb.
Yaranan gündən oxucular üçün fərqli dəst-xətt ortaya qoyan sayt qısa müddətdə oxucuların rəğbətini qazanıb.
Azərbaycan və dünya futboluna aid xəbərlərlə daim yenilənən mətbuat orqanı digər idman növlərinə də yer verir. Saytda gündəlik xəbərlərlə yanaşı müxtəlif layihələr, araşdırma və müəllif yazıları da dərc edilir.