Türkiyəli məşqçi  Engin Fırat dünyasını dəyişib. Sport24.az xəbər verir ki, Livanın "Nejmeh" klubunu çalışdıran mütəxəssis hava limanında vəfat edib.

 

Bu barədə DHA məlumat yayıb.

 

55 yaşlı çalışdırıcının ölüm səbəbinin infarkt olduğu bildirilir.

 

Qeyd edək ki, Engin Fırat İranın "Sepahan", "Qostareş", "Saypa" klublarının, Moldova və Keniya yığmasının baş məşqçisi vəzifəsində çalışıb.