"Roma"nın baş məşqçisi Can Pyero Qasperini dünənki "Genoa" məğlubiyyətini şərh edib. Sport24.az xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla uduzmaları barədə bunları deyib:

"Maça agresiv başladılar və oynamaq asan deyildi. Biz yaxşı cavab verdik, daha çox imkan yaratdıq və heç vaxt geridə qalmadıq. Penaltı və kiçik qarşıdurmalar və oxşar hadisələr baxımından çətin anlar yaşadıq".

Qasperini, Konenin zərbəsi və Malinovskinin əl müdaxiləsi sonrası yaranan mümkün penaltı ilə bağlı da fikirlərini bildirib:

"Hesab 1-1 idi və VAR niyə müdaxilə etmədi, bilmirəm. Bu çox açıqdır. Əgər VAR bunu görməyibsə, işini dəyişdirməlidir.