Millimizin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi "Volendam" növbəti çempionat oyununa çıxıb. Sport24.az xəbər verir ki, qəsəbənin eyniadlı təmsilçisi səfərdə "Neymegen"lə qarşılaşıb.

 

Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. İlk dəqiqələrdən meydana çıxan Ozan 84-cü dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, "Volendam" 26 turdan sonra 27 xalla 14-cü sıradadır.