İngiltərədə futbolçu oyun zamanı dünyasını dəyişib. Sport24.az xəbər verir ki, faciə "Oksford Yunayted"in qadın komandası ilə "Fulhem" arasında keçirilən matç zamanı baş verib.
"Oksford"un mətbuat xidmətinin məlumatına görə, 15 yaşlı Amelia Aplin martın 8-də oyun zamanı huşunu itirərək ölüb.
"Oksford Yunayted"də Amelianın ailəsinə, dostlarına, komanda yoldaşlarına və məşqçilərinə dərin hüznlə başsağlığı verib.