"Arsenal"ın heyətində çıxış edən Piyero Hinkapiye yaxın vaxtlarda London klubuna birdəfəlik transfer olunacaq. Sport24.az xəbər verir ki, bu bərədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, "topçular" futbolçunun məxsus olduğu "Bayer" klubu ilə artıq razılıq əldə edib. İngiltərə təmsilçisi müqavilədə yer alan 52 milyon avroluq satınalma maddəsini aktivləşdirəcək.

Qeyd edək ki, Piyero Hinkapiye yayda icarə əsasında "Arsenal"a qoşulub və bu mövsüm 29 matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.