Almaniyanın "Leyptsiq" klubunun gənc futbolçusu Yan Diomande Avropanın aparıcı komandalarının diqqət mərkəzinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Almaniya təmsilçisi ötən yay futbolçunu "Leqanes"dən 20 milyon avroya transfer edib. Hazırda isə "Leyptsiq" gənc istedad üçün 100 milyon avro qiymət müəyyənləşdirib.

Qeyd edək ki, Diomande bu mövsüm "Leyptsiq"in heyətində 27 rəsmi matçda 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, Avropanın beş aparıcı liqasında 19 yaşadək futbolçular arasında qol və məhsuldar ötürmələrə görə ikinci yerdədir. Onu bu göstəricidə yalnız Lamine Yamal qabaqlayır.