Misli Premyer Liqasının 3-cü oyun gününə "Palms Sports Arena"da yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" dopma meydanda "Turan Tovuz"la üz-üzə gəlir.

 

Turun mərkəzi qarşılaşmasına maraq çox böyükdür. Qış fasiləsindən sonra yüksəliş yaşayan meydan sahibləri avrokubok zonasına düşmək üçün çox səy göstərir. "Ağ-qaralar" bu gün qalib gələcəyi təqdirdə turnir cədvəlində 5-ci pilləyə yüksələ bilər. Qonaqlar isə qələbə qazanacağı halda 3-cü pillədə mövqeyini bir qədər də möhkəmləndirəcək.

 

Qeyd edək ki, hesabat həftəsinə sabah keçiriləcək "Sabah" - "Qəbələ" matçı ilə yekun vurulacaq.

 

Misli Premyer Liqası

III dövrə, XXIII tur

20:30. "Neftçi" - "Turan Tovuz" 0:0 (Birinci hissə)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov 
AFFA nümayəndəsi: Erkin Hüseynov
Bakı. "Palms Sports Arena".

 

"Neftçi": 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 33. Breno Almeyda 70. Andrey Ştoqrin 11. İmad Faraj 10. Freddi Varqas 22. Luis Ortis

Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 4. Elvin Camalov 17. Murad Xaçayev 7. Emil Səfərov 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 6. Sessi Dalmeyda 27. Kristian Kostin 23. Cordan Rezabala 28. Alessio Kurçi

Baş məşqçi: Yuri Vernidub

"Turan Tovuz": 41. Sergey Samok 29. Filip Ozobiç 17. Rəhim Sadıxov 11. Ayxan Hüseynov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva

Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 6. Fərid Yusifli 99. Vadji İbrahima 19. Roberto Olabe 9. Coş Cinnelli 8. David Tavareş 2. Mark Rene Mampassi

Baş məşqçi: Kurban Berdiyev