Misli Premyer Liqasının XXIII turunun "Zirə" – "Kəpəz" oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Azarkeşlərimizin yaxşı və pis gündə yanımızda olmaqlarını istəyirəm. Əsl azarkeşlər dar gündə tanınır. "Zirə" illərin komandasıdır, yaxşı komandadır. Sürətli əks-hücumlarımızı planlaşdırmışdıq. Maraqlı oyun alındı. İlk hissədə yaxşı başlamadıq. Amma sonra toparlandıq və məncə, daha dəqiq oynamağı bacarsaydıq, son dəqiqədə qələbəni əldən verməzdik. Qarşıda çətin oyunlarımız var. "Zirə"yə uğurlar arzu edirəm.
– Bu gün bir xal qazandınız, ya iki xal itirdiniz?
– Məncə, iki xal itirdik.