İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib. Sport24.az xəbər verir ki, La Liqa nəhənginin müdafiəçisi Alvaro Karreras sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı futbolçunun sağ baldır əzələsində zədə aşkarlanıb. 22 yaşlı sol cinah müdafiəçisinin yaşıl meydanlara qayıdacağı tarix barədə məlumat verilməyib.
Qeyd edək ki, "Real" Alvaro Karrerası mövsümün əvvəlində "Benfika"dan 50 milyon avroya transfer edib. İspaniya U-21 millisinin üzvü Madrid təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.