Kişi və qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 16-cı turun növbəti oyunları keçirilib. Sport24.az xəbər verir ki, qadınların yarışında "Gənclər" komandası "Milli Aviasiya Akademiyası"na 0:3 (14:25, 19:25, 13:25) hesabı ilə məğlub olub.
"Gəncə" kollektivi isə evdə UNEC-i üstələyib – 3:0 (25:17, 25:22, 25:22).
Kişilərin mübarizəsində isə "Azərreyl" "Murov Az Terminal"a 2:3 (25:20, 22:25, 25:18, 20:25, 8:15) hesabı ilə uduzub.