Azərbaycan Basketbol Liqasının XVIII turunda "Sərhədçi" "Ordu" ilə üz-üzə gəlib. Sport24.az xəbər verir ki, qarşılaşma "Sərhədçi" İdman Mərkəzində baş tutub.
Görüş "Sərhədçi"nin 70:67 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, turun bu gün baş tutan açılış matçında "Sumqayıt" səfərdə "Qubanı" 117:116 hesabı ilə məğlub edib. XVIII tura martın 8-də yekun vurulacaq.