Premyer Liqanın XXIII turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" oyununun biletləri sabah saat 13:00-dan etibarən satışda olacaq. Sport24.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

 

Biletlərin qiyməti isə 5, 10 və 20 manat aralığındadır.

 

Biletlər sabah saat 13:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

 

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

 

Qeyd edək ki, "Qarabağ" - "Araz-Naxçıvan" qarşılaşması martın 8-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 19:15-də start götürəcək.