Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) XIX tur start götürür. Sport24.az xəbər verir ki, ilk oyun günündə B qrupunda yer alan komandalar üz-üzə gələcək.

 

"Sumqayıt" "Ordu"nu qəbul edəcək. Bu görüş Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək.

 

"Naxçıvan" isə Bakı İdman Mərkəzində "Sərhdəçi" ilə münasibəti aydınlaşdıracaq.

 

Qeyd edək ki, hər iki matçın start fiti saat 19:00-da səslənəcək.