Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, futbolsevərlər 8 qarşılaşma izləyəcək.

 

İspaniya təmsilçisi "Selta" "doğma divarlar" arasında "Lion"u, "Ştutqart" isə "Portu"nu qəbul edəcək. Bu mərhələdə iki İtaliya klubu - "Bolonya" və "Roma" üz-üzə gələcək.

 

UEFA Avropa Liqası

1/8 final, ilk oyunlar

12 mart

21:45. "Lill" (Fransa) – "Aston Villa" (İngiltərə)

21:45. "Ştutqart" (Almaniya) – "Portu" (Portuqaliya)

21:45. "Bolonya" (İtaliya) – "Roma" (İtaliya)

21:45. "Panatinaikos" (Yunanıstan) – "Betis" (İspaniya)

00:00. "Selta" (İspaniya) – "Lion" (Fransa)

00:00. "Nottinqem Forest" (İngiltərə) – "Midtyullann" (Danimarka)

00:00. "Genk (Belçika) – "Frayburq" (Almaniya)

00:00. "Ferentsvaroş" (Macarıstan) – "Braqa" (Portuqaliya)