Ötən gecə keçirilən 4 oyunla Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları başa çatıb. Sport24.az xəbər verir ki, bu qarşılaşmalardan sonra UEFA "həftənin oyunçusu" mükafatına namizədlərin adını açıqlayıb.
"Dörd"lükdə Xviça Kvaratskxeliya (PSJ), Federiko Valverde ("Real"), Yulian Alvares ("Atletiko", Madrid) və Maykl Olise ("Bavariya") yer alıb.
Kvaratskxeliya "Çelsi" üzərində 5-2 hesablı qələbə qazanılan oyunda iki qol vurub və bir məhsuldar ötürmə edib. Valverde "Mançester Siti" ilə (3-0) qarşılaşmada het-triklə yadda qalıb. Alvares "Tottenhem"lə (5-2) matçda iki qol vurub və bir məhsuldar ötürmə edib. Olise isə "Atalanta" üzərində 6-1 hesabı ilə bitən görüşdə iki qol və bir məhsuldar ötürmə ilə qələbədə pay sahibi olub.
Qeyd edək ki, qalib UEFA-nın saytında keçirilən səsvermə ilə müəyyənləşir.